Dekabrın 18-də Rusiya prezidenti Vladimir Putin sayca 10-cu geniş mətbuat konfransı keçirəcək. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bir neçə saat ərzində canlı efirdə Putinə sula vermək üçün 1259 jurnalist akkreditasiyadan keçib. Tədbirdə ABŞ, Almaniya, Çin, Cənubi Koreya, Vyertnam, Fransa və digər ölkələrin jurnalistləridə iştirak edəcəklər. Bundan başqa, Rusiyanın son dərəcə gərgin münasibətdə olduğu Ukraynadan da 8 müxbir akkreditasiyadan keçib.
Son illərdə Putin siyasətinə qarşı müxalif fikirlər səsləndirən, “Dojd” telekanalının əməkdaşı Kseniya Sobçak da dekabrın 18-də keçiriləcək mətbuat konfransında iştirak edəcək.
Tədbirin daha bir gözlənilən iştirsakçısı isə 2013-cü ildə keçirilən konfransda Vladimir Putinə “Vova” deyə müraciət etmiş Vladivostokun “Xalq veçesi” qəzetinin baş redaktoru Mariya Solovenko olacaq. Solovenko ötənilki hadisə ilə bağlı jurnalist həmkarlarına qısa açıqlama da verib: “Ona “Vova” deyə müraciət etmək mənim üçün çətin deyildi. Axı, burda nə var ki? O məni Maşa deyə çağırdı. Mənsə, ümumiyyətlə, Mariya Dmitriyevnayam. Cavab olaraq mən də onu Vova adlandırdım”.
Vladimir Putinlə jurnalistlərin mətbuat konfransı dekabrın 18-də Bakı vaxtı ilə 12:00-da başlayacaq.
Modern.az saytı Rusiya liderinin mətbuat konfransında iştirak edəcək azərbaycanlı jurnalistlərin adlarını dəqiqləşdirib. Həmin jurnalistlər bunlardır:
Fuad Abbasov – “İhlas” xəbər agentliyi (Türkiyə)
Roman Ağayev – Ümumrusiya Azərbaycanlıları konqresi” (Rusiya)
Vaqif Adıgözəlov – “AzərRos” (Rusiya)
Cəmil Sadıqbəyov – “AzərRos” (Rusiya)
Fərid Əkbərov – APA (Azərbaycan)
Anar Həsənov – “Lider” TV (Azərbaycan)
Zakir Musayev – AzTV (Azərbaycan)
Rasim Nəbiyev – Çin Mərkəzi Televiziyasının Rusiya bölməsi (Çin)
Fuad Səfərov – “Cihan” xəbər agentliyi (Türkiyə)
Rəcəb Səfərov – “İşgüzar İran” jurnalı (Rusiya)