El-Bedri, neftdəki sərt enişin bazardakı tələb-təklif balanssızlığından qaynaqlanmadığını deyib.
Dubayda bir konfransda danışan El-Bedri, bazardakı zəifliyin tələb-təklif tarazlığını əks etdirmədiyini, qiymətlərdəki enişin spekulyasiyalardan qaynaqlanmış ola biləcəyini qeyd edib.
Reutersə görə, OPEC-in Başçısı, “Neft bazarındakı təməl dəyişikliklər bu sürətli enişə səbəb olmuş ola bilməz” deyib.
O, OPEC üzvlərinin neft qiymətlərdəki eniş müddətini sağ-salamat sovuşduracaqlarını və istehsalı dəyişdirməyəcəklərini söyləyib.
El Bedri, Noyabr ayında OPEC üzvlərinin neft hasilatını azaltmamaq qərarını da qiymətləndirib. OPEC-in Başçısı, “Bəziləri bu qərarın ABŞ və şist nefti səbəbi ilə verildiyini söylədi. Bunların hamısı səhvdir. Bəziləri də bu qərarın İran və Rusiyaya təsir etmək üçün çıxarıldığını söylədi. Bu da səhvdir” deyə davam edib. “OPEC olaraq bir qiymət hədəfimiz yoxdur” deyən El-Bedri, körfəz ölkələrindən sərmayələrinə davam etmələrini istəyib.
Cumhuriyyet.az