Avstraliya hökumətinin başçısı Entoni Albanese iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammitində iştirakdan imtina edib.
Medianews.az xəbər verir ki, baş nazirin qərarını Avstraliyanın Sky News telekanalı yayıb.
Belə ki, Avstraliyanı blokun sammitində baş nazirin müavini və Müdafiə Nazirliyinin rəhbəri Riçard Marles təmsil edəcək.
Bu arada Albanesenin bu qərarı müxalifət nümayəndələri tərəfindən tənqid olunub. Onların fikrincə, baş nazirin NATO-nun iclasında iştirakı Avstraliyanın “milli maraqları” baxımından əhəmiyyətli olardı.
Medianews.az