“İqtisadi və geosiyasi gərginliklər səbəbindən insanlar getdikcə yuxu problemləri ilə üzləşirlər”
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu somnoloq və fizioloq Nerina Ramlaxan deyib.
Mütəxəssis xəbərdarlıq edib ki, sistematik yuxu çatışmazlığı soyuqdəymə, depressiya, demans və hətta insult və ya infarkt riskinin artmasına səbəb ola bilər. Yuxu rejiminizi bərpa etmək üçün həkim müntəzəm cədvəl qurmağı tövsiyə edib: Hər gün eyni vaxtda yatmaq və oyanmaq.
Bundan əlavə, Ramlaxan yatmazdan əvvəl rahatlaşdırıcı rituallar həyata keçirməyə tövsiyə edib: kitab oxumaq, isti yemək, vanna qəbul etmək, sübut edilmiş istirahət üsullarını tətbiq etmək – dərin nəfəs və ya meditasiya. “Bu fəaliyyətlər bədəninizə sakitləşmək və istirahətə hazırlaşmağın vaxtının gəldiyini bildirir, həmçinin stress hormonu olan kortizol səviyyəsini azaltmağa kömək edir”, – deyə o bildirib.
Həmçinin, deyib ki, yatmazdan əvvəl kofein, ağır yeməklər, nikotin və alkoqol qəbulunu, həmçinin elektron cihazların istifadəsini məhdudlaşdırmaq lazımdır. Çünki onların yaydığı mavi işıq yuxunu tənzimləyən hormon olan melatoninin istehsalına mane ola bilər.
Bundan əlavə, yuxunu normallaşdırmaq üçün həkim, valerian kökünə əsaslanan reseptsiz bitki mənşəli dərmanlar qəbul etməyi də tövsiyə edib. Ramlaxan yataq otağının dekorasiyasını da vacib sayır.
Medianews.az