Krasnoyarskda iki işçi yeddinci mərtəbədən liftin şaxtasına düşüb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, qəza iyulun 2-də səhər saatlarında tikilməkdə olan inzibati binada, Gəmiqayırma küçəsində baş verib.
Verilən məlumata əsasən, 2005 və 2002-ci il təvəllüdlü iki fəhlə klinikanın tikintisi üçün tikinti sahəsində 7-ci mərtəbədə yüksək hündürlükdə iş görərkən liftin şaxtasına düşüb. Onlar başlarından və bədənlərindən xəsarətlər alıblar.
Hazırda zərərçəkənlər xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilir.
Medianews.az