Bir gün əvvəl Sankt-Peterburqu güclü qasırğa küləyi bürüdü: anomal istidən sonra yağış, dolu və tufan yağıb. Qasırğa küləkləri ağacları sındırıb, damları qoparıb. Tikinti obyektlərinin birində qüllə kranı uçub.
Medianews.az xəbər verir ki, bu barədə 78.ru portalı məlumat yayıb. Pulkovo hava limanı gələn təyyarələri qəbul etməyi dayandırıb və “aerodromda tufan” rejiminə keçmək məcburiyyətində qalıb.
Nevski rayonunda Bolşevikov prospektində tikinti kranlarından biri aşıb. Metal konstruksiya tikinti qoşqularının arasına düşüb. İlkin məlumata görə, xəsarət alan olmayıb. Xilasedicilər hadisə yerində olublar.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, idarənin mütəxəssisləri son sutka ərzində 71 dəfə: 67-si ağacların təmizlənməsi, 4-ü uçmuş metal konstruksiyaların aradan qaldırılmasını üçün hərəkətə keçib. Yuri Qaqarin prospektində ağacın aşması nəticəsində bir qadın ölüb, bir uşaq və bir qadın xəsarət alıb.
Xilasedicilərin dediyinə əsasən, 10 avtomobilə ziyan dəyib.
Medianews.az