Ukraynanın müdafiə naziri Rustem Umerov Vaşinqtonda amerikalı həmkarı Lloyd Ostin ilə danışıqlar aparacaq.
Medianews.az xəbər verir ki, bu barədə Pentaqona məlumat yayıb.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqın sözlərinə görə, Ukrayna və ABŞ müdafiə nazirləri ikitərəfli müdafiə əməkdaşlığı və Kiyev və Vaşinqton arasında tərəfdaşlığın gücləndirilməsi yollarını müzakirə edəcəklər. Tərəflər regional təhlükəsizlik məsələlərinə də toxunacaqlar.
Umerovun ABŞ-a səfəri iyulun 1-də məlum olub. Bu barədə Politico-nun köşə yazarı Pol Makliri məlumat verib. Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski ilə yanaşı, onun ofisinin rəhbəri Andrey Ermak və energetika naziri German Qaluşenko da ABŞ-a gedəcək.
Medianews.az