ABŞ prezidenti Co Baydenin ailəsi onu seçki yarışını davam etdirməyə çağırıb.
Medianews.az xəbər verir ki, bu barədə dövlət başçısının müşavirləri “CNN” açıqlama veriblər.
Bayden ailəsi , oğlu Hunter Bayden, birinci xanım Cil Bayden və prezidentin nəvələri də daxil olmaqla, Kemp Deviddə toplanıblar. Onlar dövlət başçısına onun yenidən prezident seçilməsi uğrunda mübarizəni davam etdirməsini xahiş ediblər. Həmçinin Baydenin baş məsləhətçilərindən birinin işdən çıxarılması və onun seçki qərargahı üçün kadr qərarları müzakirə edilib.
Nəşrin məlumatına görə, Baydenin ailəsinin fikirləri onun siyasi gələcəyinin müəyyən edilməsində həlledici rol oynayacaq. Bu, hətta prezidentin qapalı yaxın çevrəsinin yüksək səviyyəli müşavirlərinin mövqeyindən də üstün olacaq.
Bundan əvvəl “NBC” telekanalı öz mənbələrinə istinadla bildirib ki, Co Baydenin seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərarı onun həyat yoldaşı Cil verəcək . İddia olunur ki, Cill indiki Amerika liderini belə güclə təsir edə bilən yeganə şəxsdir.
Ayşən