“Ağ şəkər yalnız qeyri-məhdud miqdarda yeyildikdə orqanizmə zərər verə bilər”.
Medianews.az doctorpiter.ru-ya istinadla xəbər verir ki, bu barədə endokrinoloq Albina Komissarova şəkər istehlakının faydaları haqqında danışarkən bildirib.
Həkim ilk növbədə şəkərin sürətli enerji mənbəyi olduğunu söyləyib.
“Şəkər məşqdən əvvəl və ya sonra sizə lazım olan, təkan verən sadə karbohidratları ehtiva edir. Buna görə də, fiziki fəaliyyətdən əvvəl enerjini tez artırmaq lazımdırsa, şirin bir şey yeyə bilərsiniz”, – deyə A.Komissarova qeyd edib.
O deyib ki, şəkər beynin məhsuldar işləməsinə də kömək edir. Həkim xatırladıb ki, imtahanlar zamanı şokolad yeməyə icazə verilir.
A.Komissarova onu da əlavə edib ki, şəkər sevinc hormonlarının istehsalını təşviq edir, yeməyin dadını yaxşılaşdırır, pəhrizə müxtəliflik əlavə edir, fermentasiyanı təşviq edir və konservant rolunu oynayır.
Medianews.az