Dietoloq Breçer xolesterolu azaltmaq üçün gündə iki alma yeməyi məsləhət görüb
Diyetoloq Əli Breçer xolesterolu azaltmaq və ürək sağlamlığını yaxşılaşdırmaq üçün gündə iki alma yeməyi tövsiyə edib.
Medıanews.az “Daily Mirror” nəşrinə istinadla xəbər verir ki, Ə.Breçer, almanın tərkibindəki pektinin xolesterolu idarə etməyə kömək etdiyini bildirib.
Onun sözlərinə görə, bu maddənin ən yüksək konsentrasiyası alma qabığında və nüvəsində olur.
Dietoloq onu da bildirib ki, bu meyvə təzyiqi salmaq, insultdan qorunmaq, ürəyi sağlam saxlamaq üçün faydalıdır. O, belə bir müsbət təsirin polifenollar tərəfindən həyata keçirildiyini aydınlaşdırıb.
Ə.Breçer almanın başqa bir üstünlüyü kimi onun tərkibindəki vitaminlərin yüksək olmasını göstərib. Diyetoloqun qənaətincə, bir meyvə yeməklə siz gündəlik C vitamini dozanızın on faizini, həmçinin bir porsiya K və E vitaminlərini əldə edə bilərsiniz.
Medıanews.az