Tənbəl və oturaq həyat tərzi keçirən insanların 30 faizində demans, xərçəng, diabet və digər ölümcül xəstəliklərə tutulma riski artır.
Medianews.az lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “The Lancet” qəzetində dərc olunan məqaləsində qeyd olunub.
Məlumata görə, müxtəlif ölkələrdə əhalinin fiziki fəaliyyətini araşdıran alimlər bildiriblər ki, hər üçüncü şəxs idmanla həddindən artıq az məşğul olur. Bu da onun sağlamlığını risk altına salır. Tənbəllik səbəbindən dünyada təxminən 1,8 milyard insan 2-ci tip diabet, ürək xəstəliyi, xərçəng və demans inkişaf riski altındadır.
Bir sözlə, tənbəllik ömrü qısaldan xəstəliklərin inkişafının əsas səbəbidir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, orta fiziki fəaliyyət həftədə ən azı 2,5 saat və ya gündə 22 dəqiqə olmalıdır.
Medianews.az