Asiya ölkələrinin Qərbdən asılılığı azalır və iqtisadi maraqlarını getdikcə daha çox Çin və ya Rusiya ilə əlaqələndirirlər.
Medianews.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Belə bir dönüşə misal olaraq, nəşr Malayziyanın Baş naziri Ənvər İbrahimin ölkəsinin BRICS-ə qoşulmaq istəyi ilə bağlı son bəyanatını göstərir. Qeyd olunur ki, bu assosiasiya Asiya maliyyə böhranı zamanı regionun bəzi ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərən sərt tədbirləri ilə məşhurlaşan “Qərb təşkilatları, o cümlədən Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna alternativə” çevrilib.
“Bloomberg” daha əvvəl yazmışdı ki, BRICS-in genişləndirilməsi assosiasiyanı Yeddilik Qrupuna (G7) əks çəki kimi gücləndirəcək. Nəşrin qeyd etdiyi kimi, bu qrupun üzvləri beynəlxalq aləmdə “ABŞ hegemonluğuna” qarşı çıxır və üzvlərin sayını artırmaqla G7-yə daha uğurlu müqavimət göstərə bilirlər.
Ayşən