“Tez-tez pivə içmək çəki və bel ətrafının əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər”.
Medianews.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə diyetoloq və endokrinoloq Albina Komissarova bildirib.
Onun sözlərinə görə, bu içkinin tez-tez istifadəsi yağlı qaraciyər xəstəliyinin, sirrozun və alkoqol asılılığının inkişaf şansını artırır. Həkim pivəni alkoqolsuz olanla əvəz etməyi məsləhət görüb.
A.Komissarova deyib ki, alkoqollu pivədə daha çox kalori var. Çünki bir qram spirtdə yeddi, bir qram şəkərdə isə dörd kalori var. Həkimin qənaətincə, alkoqolun təhlükəsiz dozası yoxdur. Ona görə də alkoqollu içkilərdən tamamilə imtina prioritet tövsiyədir.
Medianews.az