“Electronic-Test-9836” ləqəbli “Reddit” istifadəçisi uşağına kömək edərkən təsadüfən həyat yoldaşı ilə bağlı xoşagəlməz həqiqəti öyrənib.
Medianews.az lenta.ru-ya istinadla xəbər verir ki, başına gələnləri portala danışan ər hadisədən sonra həyat yoldaşından boşanmaq istəmədiyini qeyd edib.
Məlumata görə, kişi sevgilisi ilə əsgərliyə gedəndə tanış olub. Üç aylıq ünsiyyətdən sonra kişi başqa yerə xidmətə göndərilib və gələcək həyat yoldaşını onunla münasibətləri kəsməyə dəvət edib. Qız məsafədən ünsiyyət saxlamağı təklif edib və xidmətdən sonra görüşməyə başlayıblar.
“Mən bilirdim ki, xidmətimin əvvəlində o, yəqin ki, başqa birisi ilə görüşüb. Amma qayıdanda dedi ki, mən xidmətə gedəndən sonra heç kimlə görüşməyib. O, mənim qayıtmağımı gözlədiyini söylədi”, – ər xatırlayır.
Toydan sonra cütlüyün iki övladı dünyaya gəlib. Bir gün ər əvvəllər sevgilisinə məxsus olan “iPad” vasitəsilə oğlunun kiminləsə danışdığını eşidib. O, uşağın naməlum kontaktlara video zəng etdiyini aşkar edib. Sonradan bilib ki, bunlar o xidmətdə olan zaman arvadının ünsiyyətdə olduğu kişilərdir.
“Onlardan arvadıma yollanan bir neçə erotik mesajı gördüm. Mən xidmətdə olarkən ona yazılmışdı. Demək ki, mən gedəndən sonra o, bir neçə oğlanla görüşüb. Bu, məni incitdi”, – deyə kişi etiraf edib.
O, həmçinin bildirib ki, həyat yoldaşı ilə bağlı bu həqiqəti öyrəndikdən sonra boşanmaq barədə düşünməyib.
Medianews.az