Rusiya Federasiyasının Kareliya Respublikasında qəribə cinayət baş verib.
Medianews.az Rusiya mediasına istinadla xəbər verir ki, gecə saatlarında 21 yaşlı gənc başqasının avtomobilindən benzin boşaltmaq qərarına gəlib.
O, qaranlıqda heç nə görə bilmədiyi üçün əlindəki alışqanı yandırmaq istəyib. Bu zaman benzin alışıb və yanğın baş verib. Yanğın sürətlə qonşu avtomobillərə keçib və nəticədə dörd avtomobil tamamilə yanıb.
Hüquq-mühafizə orqanı əməkdaşları yanğın törədən oğrunu tezliklə tapıblar. Məhkəmə 21 yaşlı gənci başqalarının avtomobillərini məhv etdiyinə görə 300 saat məcburi əmək cəzasına məhkum edib.
Medianews.az