Bakıda çoxmərtəbəli yaşayış binalarının birində lift qırılıb.
Medianews.az xəbər verir ki, FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasının liftində texniki nasazlıq yaranması səbəbindən 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.