Serb müğənnisi Milica Pavloviç Novi Saddakı konserti zamanı geyimi ilə gündəm olub.
Medianews.az xəbər verir ki, geyiminə görə tənqid atəşinə tutulan müğənni sosial media hesabında açıqlama vermək məcburiyyətində qalıb.
“Geyimimin altında ət rəngli kostyum var idi. Bu, Bojan Petroviç tərəfindən ustalıqla yaradılmış “optik illüziya” dediyimiz bir parçadır”,-deyə müğənni bildirib.
Onu da bildirək ki, məşhur müğənni iyunun 15-də Novi Saddakı “Spence Hall”da 8000-dən çox pərəstişkarının qarşısında konsert verib.
Medianews.az