NATO Macarıstana Ukraynadakı missiyada iştirak etməyəcəyinə dair zəmanət verib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberqlə olan danışıqlardan sonra baş nazir Viktor Orban deyib.
Siyasətçi Şimali Atlantika Alyansının rəhbərinə bildirib ki, Macarıstan alyansın ərazisindən kənarda, o cümlədən Ukraynada NATO-nun hərbi əməliyyatlarında iştirak etmək istəmir.
“Mən baş katibdən xahiş etdim ki, NATO ərazisindən kənarda istənilən hərbi əməliyyat yalnız könüllü ola bilər. Bunu baş katib bugünkü danışıqlarda təsdiqləyib”, – Macarıstanın baş naziri qeyd edib.
Medianews.az