“Münaqişəyə son qoymaq üçün Ukrayna itirilmiş ərazilərin hazırda Rusiya Federasiyasının bir hissəsi olduğunu etiraf etməlidir”
Medianews.az xəbər verir ki, bu barədə “The Hill” yazır.
Nəşrin müəllifi, Cənubi Karolinadan olan keçmiş konqresmen Mik Mulvaninin fikrincə, sanki, bu gün Ukraynada seçim belədir: Moskvaya ərazi güzəştləri ilə sülh, keçmiş Sovet respublikasının tamamilə dağılması, əbədi münaqişə və ya eskalasiya. O vurğuladı ki, bu variantlardan birincisi hələ də ən pisi kimi görünür.
Nəşrin köşə yazarı qeyd edib ki, bir çox analitiklərin fikrincə, Ukrayna öz ərazisinin əhəmiyyətli hissəsini həmişəlik itirəcək. Bundan əlavə, Mulvani vurğulayıb ki, Qərbin yardımı Kiyevə münaqişənin gedişinə təsir etmək imkanı verməyəcək və yalnız Qərbin tamhüquqlu hərbi müdaxiləsi vəziyyəti dəyişə bilər.
Medianews.az