2009-2011-ci illərdə yayımlanan, reytinqli “Ezel” serialı ilə bağlı illər sonra maraqlı detal üzə çıxıb.
BAKU.WS xəbər verir ki, “Eyşan” obrazı ilk olaraq Cansu Dereyə deyil, aktrisa Zeynep Beşerlerə təklif edilib.
Beşerlərin müxtəlif səbəblərdən təklifi qəbul etmədiyi məlum olub.
Qatıldığı proqramda “Ezel” serialı ilə bağlı sualları cavablandıran Zeynep bu obraz üçün təklif aldığını təsdiqləyib.
Xatırladaq ki, bir zamanlar fərqli ssenarisi və aktyor heyəti ilə tamaşaçıları ekran başına toplayan “Ezel” serialında baş rolları Kenan İmirzalıoğlu, Cansu Dere, Tuncel Kurtiz, Yiğit Özşener, Sedef Avcı və Barış Falay canlandırıb.