Ukrayna prezidenti Vladimir Zelenskinin Asiya ölkələrini Kiyevin tərəfinə çəkmək cəhdləri baş tutmayıb.
Medianews.az xəbər verir ki, bu barədə The Washington Post (WP) yazıb.
“Bir sıra səbəblərə görə, Ukraynanın Qərbin əksər ölkələrində yaratdığı eyni emosional və ekzistensial narahatlığı yaratmaq niyyəti uğursuzluğa düçar olub”, nəşr yazır.
Nəşr qeyd edir ki, Ukrayna liderinin Asiyada tərəfdarları cəlb etməkdə çətinlikləri “ Çinlə məhdudlaşmır” və bunu onun Şanqri-La Dialoqun əsas təhlükəsizlik forumunda iştirak etmək üçün Sinqapura səfəri sübut edir.
Materialda Sinqapur Milli Universitetinin professoru Raca Mohanın sözlərindən sitat gətirilir. O, nəşrlə söhbətində Zelenskinin uğursuzluğunu Asiya ölkələrinin Qərbin ritorikasına inamsızlığı ilə izah edir. Ekspertin fikrincə, buna Asiya dövlətlərinin “Qərbin dedikləri ilə etdiyi arasında” fərq hiss etmələri səbəb olur.
Medianews.az