Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili tam qüvvəyə minmiş xarici agentlər haqqında qanunu imzalayıb.
Medianews.az xəbər verir ki , bu barədə parlamentin bəyanatında deyilir .
Papuaşvili xatırladıb ki, Gürcüstan prezidenti Salome Zurabişvili bundan imtina edib, ona görə də bu sənədi məhz o imzalayıb. Onun sözlərinə görə, bu qanunun məqsədi ölkənin siyasi, iqtisadi və sosial sistemlərini kənar müdaxilələrə münasibətdə gücləndirməkdir.
Qeyd edək ki, mayın ortalarında Gürcüstan parlamenti xarici agentlər haqqında qanun qəbul edib. Daha sonra ölkə prezidenti qanunun “mahiyyətinə və ruhuna görə Rusiyaya məxsus olduğunu” bildirərək təşəbbüsə veto qoyub.
Mayın 28-də parlamentarilər prezidentin xarici agentlər haqqında qanuna veto qoymasını səs çoxluğu ilə dəf ediblər.
Papuaşvili 84 nəfərin qərarı dəstəklədiyini, 4 nəfərin isə əleyhinə olduğunu açıqlayıb.
Avropa İttifaqı bu hərəkətə mənfi reaksiya göstərərək, qəbul edilən təşəbbüsün əsas dəyərlərə zidd olduğunu və Gürcüstanın Aİ-yə gedən yoluna mənfi təsir göstərəcəyini bildirib. Bundan əlavə, Aİ üzvləri cavab üçün bütün variantları nəzərdən keçirməyi planlaşdırdıqlarını bildiriblər.
Ayşən