“İtaliya Ukrayna ərazisinə bir dənə də əsgər göndərməyəcək”
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu baş nazirin müavini və xarici işlər naziri Antonio Tajani deyib.
“Biz Ukraynaya döyüşmək üçün bir italyan əsgərini də göndərməyəcəyik və Ukraynaya göndərdiyimiz hərbi texnikanın onun hüdudlarından kənarda istifadə olunmasını istəmirik”, – deyə Tajani bildirib.
Xarici işlər naziri vurğulayıb ki, İtaliya Rusiya ilə müharibə aparmır və buna görə də o, Ukrayna Silahlı Qüvvələrinin (AFU) İtaliya silahlarından yalnız Ukrayna ərazisində istifadəsinin tərəfdarıdır.
Mayın 27-də NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ərazisində Qərb silahlarından istifadəsinə icazə verməyə çağırıb.
O, müttəfiqlərdən Kiyevə ötürülən uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı düşünməyi xahiş edib.
Tajani Ukrayna Silahlı Qüvvələrinə Qərb ölkələrinin verdiyi silahlarla Rusiya ərazisinə hücuma icazə verilməsi ideyasına qarşı çıxıb.
Medianews.az