Türkiyənin Hatay vilayətində səhər idmanı edən Sevda Mazman sahibsiz itlərin hücumuna məruz qalıb.
Medianews.az xəbər verir ki, bədəninin müxtəlif yerlərindən xəsarət alan Mazmana xəstəxanada tibbi yardım göstərilib.
Hadisədən sonra açıqlama verən qadın başına gələnləri danşıb.
“Dostlarım həmişə məni xəbərdar edirdilər ki, o əraziyə getmə. Onlara çox güldüm, amma insanın başına gəlməyincə bunu başa düşə bilmirsən”,-deyə Sevda Mazman bildirib.
Medianews.az