Rusiyanın Ney-Kostroma bölgəsində qəribə oğurluq hadisəsi baş verib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bir kişi günəşin doğuşunu seyr etmək üçün başqasının itini və avtomobilini oğurlayıb.
Şahidlərdən biri dostunun avtomobilində tanımadığı şəxsin oturduğunu görüb və polisə zəng etmək qərarına gəlib.
Məlumatlara əsasən, 31 yaşlı kişi sərxoş olub. O, bir tanış qadının evində, onun ərinin ezamiyyətdə olduğu vaxtda, onunla içki içdiyini bildirib. Bir anda qadın yuxuya gedib, kişi isə getmək qərarına gəlib. Həmin an o, qapının yanında avtomobilin açarlarını görüb.
Açarlardan əlavə, sərxoş qonaq iti və bir şüşə araq götürmək qərarına gəlib. Bundan sonra o, günəşin doğuşunu izləmək üçün çaya gedib.
Ona qarşı avtomobil oğurluğuna görə cinayət işi açılıb və o, sərxoş halda avtomobil idarə etdiyinə görə də cəzalandırılacaq.
Medianews.az