“Macarıstan NATO-dakı roluna yenidən baxacaq, çünki alyansın Ukraynadakı potensial hərbi missiyasında iştirak etmək istəmir”
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki,xarici mediaya istinad edərək xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
“Macarıstan NATO-nun Ukraynadakı missiyalarına qarşıdır. Hökumət münaqişədə iştirak etmədən NATO üzvü olaraq necə qala biləcəyimizi müəyyən etmək üçün çox iş görür”, – baş nazir bildirib.
Orban həmçinin bildirib ki, Brüsseldə “işçi qruplar alyansın Ukraynadakı münaqişədə necə iştirak edə biləcəyini müzakirə edirlər”. O, əlavə edib ki, Brüssel Budapeştin mövqeyindən xəbərdardır və hətta ölkə üçün yeni bir termin də irəli sürüb – “iştirakçı olmayan”.
Medianews.az