“Həlak olmasaydı, Xameneyidən sonra ölkənin dini liderinin taxtında əyləşəcəkdi”.
Medianews.az xəbər verir ki, bu barədə “The Israel Times of Israel” yazır.
“Rəisi yerə çırpıldıqdan sonra yanan helikopterdən salamat çıxa bilməyib. 63 yaşlı Rəisi 2021-ci ildə prezident seçilib, vəzifəyə gəldikdən sonra ölkədə “əxlaq qanunları”nın sərtləşdirilməsinə əmr verib. Hökumət əleyhinə etirazların ən sərt şəkildə yatırılmasına nəzarət edib, dünya gücləri ilə nüvə danışıqlarında ciddi addımlar atıb. O, prezident olmazdan əvvəl İranın dini lideri Əli Xameneyinin nəzarəti altında ədliyyə sistemində müxtəlif vəzifələrdə çalışıb. Prokuror kimi və 1988-ci ildə İran-İraq müharibəsinin sonunda minlərlə siyasi məhbusu ölüm cəzasına məhkum edən komitənin üzvü olub”,- nəşr qeyd edib.
Nəşr yazır ki, çoxları Rəisini Xameneyinin gələcək varisi kimi qəbul edib.
“2006-cı ildən ölkənin ali dini rəhbərini təyin edən və ona nəzarət edən orqan olan Ekspertlər Şurasında çalışıb. Xameneyini əvəzləyəcək əsas namizəd kimi görünürdü. Hədsiz dərəcədə təcrübəli idi, prezident olmaqla yanaşı, din xadimi, keçmiş baş hakim və nəhəng bir qurumun sabiq rəhbəri idi”, – deyə məlumatda vurğulanır.
Ayşən