Məşhur oyunun siması isə Mario Götzenin seçilib.
PES-2015 futbol simulyatorunun rəsmi satışa çıxacağı ərəfədə “Konami” şirkəti oyun həvəskarlarının diqqətini cəlb etməyə davam edir.
Artıq şirkətin rəsmi “Facebook” hesabında yeni oyunun rəsmi təqdimatına nə qədər vaxt qaldığını əks etdirən şəkillər paylaşılıb.
Yaponlar əsas rəqibləri olan “EA Sports”u üstələmək üçün yeniliklərdən istifadə etməyə çalışıblar. “Konami” rəqibindən fərqli olaraq daha böyük diqqətini ideal parıltı və oyun prosesinə yönəldib.
Simulyar yeni oynamağa başlayanlar üçün xeyli asanlaşdırılıb. PES-2015-də zərbələr, birə-bir mübarizə və driblinq sistemi daha da təkmilləşdirilib. Bu oyuna Azərbaycan futbolunda növbəti tarixi yazan “Qarabağ” da daxil edilib.
PES-2015-in milyonlarla həvəskarı onun FİFA-2015-dən daha real olacağından əmindir. Bu ikili arasındakı mübarizə BMW – “Mercedes” və “Apple” – “Samsung” arasındakı mübarizədən heç də geri qalmır. Qeyd edək ki, PES-2015-in üz qapağında Almaniya millisi və “Bavariya”nın futbolçusu Mario Götzenin fotosu olacaq.
Qol.az