İran nüvə proqramı ilə əlaqədar “Altılıq” ölkələrlə saziş imzalamağa hazırdır. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.
«Dinc məqsədlərlə atom enerjisinə malik olma hüququ qəbul ediləcəyi halda İran “Altılıq” ölkələrlə razılıq əldə etməyə hazırdır», – deyə Zərif bildirib.
Xatırladaq ki, noyabrın 11-də İran və “Altılıq” ölkələrinin nüvə məsələləri üzrə növbəti görüşü olacaq. ABŞ Dövlət Katibi Con Kerri, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif və AB-nin xarici məsələlər üzrə sabiq ali nümayəndəsi Ketrin Eşton danışıqlara bir gün qalmış üçtərəfli görüş keçirəcəklər.