Onların hər birinə 3 il iş verdilər
Misir məhkəməsinin şənbə günü çıxardığı hökmə görə, 8 kişinin hər biri 3 il müddətinə həbs olunub. Onların cəzalanmasının səbəbi isə toyda iştirak etmələri olub. Toy isə Nil çayında üzən qayıqların birində baş tutub. Sadəcə problem ondadır ki, həbs olunan şəxslər kişi cinsindən olan homoseksualların toyuna qatılıblar.
Maraqlıdr ki, Misir qanunlarına görə homoseksuallıq qadağan olunmayıb. Ona görə də məhkəmə müttəhimləri ictimai əxlaq normalarını kobud şəkildə pozmaqda ittiham edərək, hökm çıxarıb. Bu barədə “Agence France-Presse” xəbər yayıb.
Məhkəməyə təqdim olunmuş video görüntüdə iki kişi bir-birinin barmağına nişan üzüyü taxır, sonra öpüşürlər və öz şəkilləri əks onmuş tortu kəsirlər.
Məhkəmə zamanı müttəhimlərdən biri deyib ki, əslində bu bir toy deyildi. Onlar ad günündə iştirak ediblər. Bu toy isə zarafat kimi həyata keçirilib, yəni gülmək üçün.
Müttəhimlərin vəkili Emad Sübhi deyib ki, məhkəmə Misirin mühafizəkar təbəqəsinin təsiri ilə belə bir hökm çıxarıb.
BBC-nin ərəb bölməsi statistik məlumatlara əsaslanaraq bildirib ki, ötən il Misirdə 80 nəfər bu kimi ittihamlarla zindana göndərilib.