Vladivostokda 2 saylı Klinik Xəstəxananın yaxınlığında park edilmiş avtomobil partlayıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, yanğın avtomobili demək olar ki, tamamilə sıradan çıxarıb.
Öz növbəsində, Primorsk Ərazisi üzrə Daxili İşlər Nazirliyi Russkaya küçəsi ərazisində avtomobilin yandığını təsdiqləyib. Zədələnmiş Nissan Serena xəstəxanaya gələn 54 yaşlı rusiyalı qadına məxsusdur.
Qadın həyəcan siqnalını eşidib və maşının yandığını görmək üçün çölə qaçıb, bundan sonra polisə müraciət edib.
Hazırda rayon Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparır. Yanğının səbəbi və dəymiş ziyanın məbləği müəyyənləşdirilir. Yanğın-texniki ekspertizası da təyin edilib.
Medianews.az