İraq Müdafiə Nazirliyinin nümayəndəsi Mühəmməd Əl-Əsgərinin sözlərinə görə, İŞİD silahlıları onların mövqelərinə zərbələr endirən beynəlxalq koalisiya təyyarələrini sıradan çıxarmaq üçün tüstü dumanı yaradır.
Axar.az RİA Novosti-yə istinadən bildirir ki, “Əl-Ərəbiyə” telekanalına müsahibə verən Mühəmməd Əl-Əsgər bu taktikanın neft quyularına od vuraraq bir neçə ay yanğının davam etməsinə səbəb olan Səddam Hüseyn qoşunlarından əxz edildiyini söyləyib. Lakin Səddamın döyüşçülərindən fərqli olaraq İŞİD-çilər tustü burumları yaratmaq üçün külli miqdarda avtomobil şinlərindən istifadə edirlər.
Nazirlik nümayndəsi 2003-cü ildə Amerikanın İraqa zorla müdaxiləsindən bəhs edərkən bildirib ki, bu fənd o zaman işləmədi, yəni beynəlxalq koallisiya təyyarələrinin İraq hərbi maşınını məhv etməsinə mane olmadı.
Əl-Əsgəri bu metodu faydasız adlandırır, çünki müasir təyyarələr hədəfi radarlar vasitəsilə müəyyənləşdirir və onları tüstü dumanı ilə zərərsizləşdirmək mümkün deyil.
Xatırladaq ki, ABŞ İŞİD-lə mübarizə üçün koalisiya qüvvələri yaradıb və bu qüvvələr Suriya və İraqdakı qruplaşmaların mövqelərinə hava zərbələri endirsə də, Prezident Barak Obama bildirib ki, İraqa quru qoşunları göndərməyəcək.