Müəllimlərin adına bankdan kredit götürdüyünə görə işdən azad olunan 171 saylı orta məktəbin direktoru İradə Murquzovaya məhkəmə daha bir cəza təyin edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı jurnalist Anar Məmmədov facebook hesabında paylaşıb. Belə ki, jurnalistə verdiyi müsahibəsində həmin məktəbdə müəllim işləyən Məryəm Tağıyevanın ünvanına nalayiq ifadələr işlətdiyi üçün müəllim keçmiş məktəb direktorunu məhkəməyə verib. İ.Murquzovanın vəkili səs yazısının ona aid olmasından şübhələndiyini əsas gətirərək ekspertiza təyin edilməsini xahiş edib.
Sonda məhkəmə İradə Murquzovanın jurnalistdən üzr istəməsi və söydüyü müəllimə 2500 manat təzminat ödəməsinə dair qərar çıxarıb.