ABŞ-da iki şəxs “zaman səyahətçisi” olduqlarını və əslində eyni insan olduqlarını, lakin fərqli zamanlardan gəldiklərini iddia ediblər.
Medianews.az xəbər verir ki, ikili eyni yerdə eyni tattonu etdirərək iddialarını dəstəkləməyə çalışıblar.
Qısa müddətdə ABŞ sosial mediasında ən çox danışılanlardan birinə çevrilən iddia ilə bağlı müzakirələr oxucuları iki yerə bölüb. Bəziləri bunun doğru ola bilməyəcəyini, bəziləri buna bənzər başqa misalların da olduğunu söyləyib.
İkilinin YouTube-da Apex TV-yə verdiyi müsahibədə gələcəkdən, 2047-ci ildən gəldiyini iddia edən Mayk geriyə dönmə hekayəsini belə izah edib:
“Həyatımın ən çətin qərarını 4 yanvar 2047-ci ildə verdim..Keçmişimi dəyişdirmək üçün özüm yaratdığım zaman maşınından istifadə etdim.”Buraya gəldim. Maşını işə salarkən “özünü məhv etmə” variantını da yandırdım və 2022-ci ilə qayıtdım”.
Medianews.az