Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Georgian Airways” aviaşirkəti Gürcüstan prezidenti Zurabişvilinin şirkətin təyyarələri ilə səyahətinə qadağa qoyub.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, aviaşirkət Gürcüstan prezidenti Salome Zurabişvilinin aviaşirkətin Moskva ilə birbaşa uçuşlara başlamaq qərarını boykot etməsinə Gürcüstan prezidentinə “uçuş” qadağası tətbiq etməklə reaksiya verib.
Qayaşvilinin mövzu ilə bağlı açıqlamasında deyilir: “Cənab Salome milli aviaşirkəti boykot etdiyini açıqladı. Biz onu persona non qrata elan edirik və gürcü xalqından üzr istəməyincə təyyarələrə minməsinə icazə verməyəcəyik.
Qayaşvili Gürcüstan prezidentini tənqid edərək, Zurabişvilinin mövqeyini və hərəkətlərini “xainlik” adlandırıb.
Medianews.az