İndiyə qədər kəşf edilmiş ən erkən və ən mükəmməl İncil olan Codex Sassoon 38,1 milyon dollara satılıb.
Medianews.az xəbər verir ki, bu tarixdə hərracda satılan ən bahalı ikinci tarixi sənəddir.
Nyu Yorkdakı Sotheby’s hərracında ən qədim İbranicə İncil olan Codex Sassoon 38,1 milyon dollara satılıb.
Codex Sassoon kitabının təxminən 1100 yaşı var – Müqəddəs Kitab eramızın 9-cu əsrinin sonu – 10-cu əsrin əvvəllərinə aiddir. Təxminən 11 kq ağırlığında dini sənədin yaradılması üçün 396 perqament vərəqi və 100-dən çox heyvanın dərisindən istifadə edilib. İncil, Sotheby’s-ə görə, telefonla hərraca qatılan iki iddiaçı arasında “beş dəqiqəlik döyüş”dən sonra satılıb.
Alimlər Kodeks Sassoon-u indiyə qədər kəşf edilmiş ən erkən və ən mükəmməl İbranicə İncil hesab edirlər. Bu, yəhudi xalqına daha çox Tanax kimi tanınan Əhdi-Ətiqin bütün 24 kitabını ehtiva edir. Kitab əvvəlki sahiblərindən biri, kolleksiyaçı David Solomon Sassoon adını daşıyır. O, 1929-cu ildə Suriyanın şimal-şərqində saxlanıldığı sinaqoqun dağıdılmasından sonra altı əsrdən çox müddət ərzində itdiyi güman edilən qalığı aşkar edildikdən sonra alıb.
Hərracda rekord dəyər iki il əvvəl milyarder Ken Qriffin tərəfindən Sotheby’s-dən 43,2 milyon dollara alınan ABŞ Konstitusiyasının birinci nəşrinə məxsusdur.
Medianews.az