ABŞ-ın Florida ştatında maraqlı hadisə yaşanıb.
Medianews.az xarici mediaya istinadla bildirir ki, magistral yolun kənarında saxlayan avtomobilin sürücüsü həyat yoldaşının uşaq dünyaya gətirmək üzrə olduğunu deyərək təşviş içində ərazidə olan polis əməkdaşından kömək istəyib.
Polis məmuru Red Cons cəld park edilmiş avtomobilin yanına gedərək qadının doğuşuna kömək edib.
Polisin köməyi nəticəsində qadın qız uşağı dünyaya gətirib.
Məlum olub ki, polis məmururu üçüncü dəfədir ki, yolda köməksiz qalan hamilə qadınlara körpələrini dünyaya gətirməkdə kömək edir.
Medianews.az