Səudiyyə Ərəbistanı ordu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında qarşıdurmalara səhnə olan Sudandan dost ölkələrin vətəndaşlarını və diplomatlarını təxliyə etməyə başladığını açıqlayıb.
Medianews.az bildirir ki, Səudiyyə Ərəbistanı ordu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurmalara səhnə olan Sudandan dost ölkələrin vətəndaşlarını və diplomatlarını təxliyə etməyə başladığını açıqlayıb.
Mövzu ilə bağlı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib. Açıqlamada bildirilib ki, qarşıdurmaların baş verdiyi Sudanda yaşayan vətəndaşlar və bəzi dost ölkələrin missiyalarına təyin olunmuş şəxslərin Səudiyyə Ərəbistanına təxliyyəsi başlayıb.
Bildirilib ki, evakuasiya əmrini Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman verib.
Bəyanatda sözügedən “dost ölkələr”lə bağlı təfərrüatlar verilməyib.
Aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə yarımhərbiləşdirilmiş QHT arasında silahlı toqquşmalar baş verib. “HDK-nın orduda tam iştirakını” nəzərdə tutan hərbi təhlükəsizlik islahatı ilə bağlı ordu ilə HDK arasında yaranan fikir ayrılığı son bir neçə ayda qızğın qarşıdurmaya çevrilib.
Sudan Xarici İşlər Nazirliyi, Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdülfəttah əl-Burhanın ordu ilə toqquşmuş HDK-nın ləğvi və dövlətə qarşı üsyançı qüvvə elan edilməsinə qərar verdiyini və bu əsasda hərəkət edəcəyini açıqlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, münaqişə nəticəsində azı 300 nəfər ölüb.
HDK bayramın ilk günündən başlayaraq 72 saatlıq “humanitar” atəşkəs tətbiq edəcəklərini, ordunun isə axşam saatlarında beynəlxalq dairələrin atəşkəs çağırışına əməl edəcəyini açıqlayıb.
Medianews.az