Kiçik qızın dəhşətli ölümü ölkəni şoka salıb və sosial mediada geniş müzakirə olunub.
Medianews.az xəbər verir ki, Faciə Moskva yaxınlığındakı Dubnada baş verib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 3 yaşlı uşaq qaynar su ilə vannada yandırılıb.
Belə ki, 3 yaşlı qız və 4 yaşlı oğlanın anası mağazaya gedib. Uşaqlar evdə tək qalıblar.
Evə gələn ana hamamda uşağının meyitini tapıb.
Hazırda polis faciə ilə bağlı araşdırma aparır.
Medianews.az