Çinli model Abby Choinin qətlində yeni təfərrüatlar ortaya çıxıb.
Medianews.az xəbər verir ki, mankenin baş hissəsi Tai Po adlanan ərazidə yerləşən binalardan birində aşkarlanıb.
Bu haqda məlumat verən polislər bildiriblər ki, həmin cəsədə aid olan baş dərisi üzülənə qədər qaynadılıb. Aparılan araşdırmalar zamanı tapılan kəllədə deşik olduğu da ortaya çıxıb. Bu deşiyin güclü bir cisimlə endirilən zərbədən sonra yarandığı ehtimal edilir. Amansızlıqla qətlə yetirilən mankenin iki ayağı da həmin evdəki soyuducudan tapılıb.
Qeyd edək ki, çinli model Abby Choi keçən həftə itkin düşmüşdü. Polislər tərəfindən axtarışına başlanılan qadının cəsədinin qalıqları isə ona məxsus bağ evində tapılmışdı. Onun keçmiş əri və qaynatası tərəfindən öldürüldüyü ehtimal edilir.
Aytac Şahin
Medianews.az