Amerika ictimaiyyətində tez-tez ABŞ prezidenti Baydenin səhhəti ilə bağlı müzakirələr öz əksini tapır.
Prezidentin şəxsi doktoru O’Connor 80 yaşına görə prezident vəzifəsini tam yerinə yetirib-yetirə bilməyəcəyi hesabatını ictimaiyyətlə paylaşıb.
O’Connor, bu gün keçirdiyi rutin müayinələrdən sonra qeyd edib ki, 80 yaşlı sağlam və cəsarətli bir kişi olan Baydenin sağlamlıq vəziyyəti onun prezident, baş komandan və dövlət başçısı kimi vəzifələrini yerinə yetirmək üçün uyğundur.
Hesabatda qeyd olunub ki, bu gün Baydenin döş qəfəsindəki lezyon üçün biopsiya aparılıb, lakin nəticələrin hələ əldə olunmadığı bildirilib.
Prezidentin digər müayinələrinin də normal olduğu bildirilən hesabatda son dərəcə ətraflı nevroloji müayinə aparılıb və onun Parkinson kimi nevroloji xəstəliyinin olmadığı bildirilib.
Hesabatda Baydendə ” Kovid” simptomlarının olmadığı bildirilib və prezidentin daim boğazını təmizləməsinin səbəbinin mədəsindəki reflü olduğu da qeyd edilib.
Medianews.az