Kahramanmaraşda təbii fəlakətdən zərər çəkənlərə yardım daşıyan maşında olan və İzmirə qayıdarkən Uşakda tarlaya yuvarlanan 33 yaşlı Dilay Ceviz həyatını itirib.
Medianews.az xəbər verir ki, onun eyni avtomobildə olan və kömək üçün bölgəyə gedən iki dostu yaralanıb.
Episentri Kahramanmaraş olan və 10 vilayətdə minlərlə insanın ölümü ilə nəticələnən zəlzələlərdən sonra fəlakət bölgələrinə humanitar yardımlar aramsız olaraq davam edir. İzmirdə yaşayan Dilay Ceviz də ötən şənbə axşamı topladıqları yardımları 4 maşına yükləyərək yola çıxıblar. Onlar Kahramanmaraşdakı fəlakət qurbanlarına yardım çatdırmaq üçün dostları ilə birlikdə “Xoş Qəlblər Həmrəylik və Mədəniyyət Dərnəyi”nin üzvləri ilə birlikdə İzmirdən yola düşüb.
Qəzada Dilay həyatını itirərkən, dostları Serhat K. və Mustafa S. yaralanıb. Yaralılar aparıldıqları Uşak Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunublar. İzmirli Dilayın son görüntüləri isə izləyənləri kövrəldib. Telefonunun kamerasına əks olunan görüntülərdə fəlakət qurbanları üçün toplanan yardım materiallarını yük maşınına yüklənərkən Dilayın dostlarına kömək etdiyi görünür.
Medianews.az