Adıyamanda baş verən zəlzələdə dağıntılar altında qalan 45 yaşlı Ramazan Yücel 207 saatdan sonra çıxarılıb.
Medianews.az bildirir ki, “əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraşda baş verən 7.7 və 7.6 bal gücündə zəlzələlərdən zərər çəkən Adıyamanda dağılmış binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir.
Komandalar Alitaş səmtindəki Merve mənzilinin dağıntıları altında qalan Ramazan Yüceli tapıblar.
Yücel 207 saat sonra sağ-salamat çıxarılıb. Yücel təcili yardımla xəstəxanaya aparılıb.