İstanbul Respublika Prokurorluğu sosial media hesabında Kahramanmaraşda baş verən iki zəlzələdən sonra Kumçatı kəndində bəndin çatladığını və Hatay Yarseli bəndinin divarının çatladığını yazan Oğuzhan Uğur haqqında istintaq başladıb.
Medianews.az bildirir ki, Naşir Oğuzhan Uğur Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən zəlzələdən sonra “BaBala TV” adlı sosial media hesabında Kahramanmaraşın Kumçatı kəndində bəndin çatladığını və Hatay Yarseli bəndinin divarının çatladığını paylaşıb.
İstanbul Respublika Prokurorluğu əsassız paylaşımların vətəndaşlarda qorxu və çaxnaşma yaratması, axtarış-xilasetmə işlərində axsamalara səbəb olması səbəbilə Uğur haqqında “ictimaiyyəti çaşdıran məlumat yayma” cinayəti ilə əlaqədar istintaqa başlayıb.