Türkiyənin tanınmış aktrisası Serenay Sarıkaya zəlzələ qurbanları üçün təşkil edilən yardım aksiyasına qoşulub.
Medianews.az xəbər verir ki, İstanbulun Yenikapı adlanan ərazisində aktrisanın zərərçəkənlər üçün toplanan yardım aksiyasında könüllü fəaliyyət göstərdiyi zaman videosu yayılıb.
Həmin görüntülərdə Serenay Sarıkayanın zəlzələ ərazisinə göndərilmək üçün gələn ərzaq və əşyaları qutulara yığdığı zaman kameralara düşüb.
Qeyd edək ki, bir neçə gün öncə xalq məhşur sənətçini qınaq obyektinə çevirmişdi. Bu halın yaşanmasına səbəb isə Serenay Sarıkayanın zəlzələ baş verdiyi andan susqunluğunu qorumadı idi.
Sözügedən görüntülər:
Aytac Şahin
Medianews.az