“40-a yaxın ölkə Paris Olimpiadasını boykot edə bilər”.
Medianews.az xəbər verir ki,bu sözləri Polşanın idman və turizm naziri Kamil Bortniczuk deyib.
O qeyd edib ki, əgər Rusiya və Belarusa olimpiada da iştiraka icazə verilsə, 40-a yaxın ölkə növbəti Olimpiya Oyunlarını boykot edə bilər və bu, bütün tədbiri mənasız edəcək.
Bortniczuk-un bu bəyanatı Polşa, Litva, Estoniya və Latviyanın Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rus və belarusların 2024-cü ildə yarışmasına icazə vermə planına qarşı çıxmasından sonraya təsadüf edir.
Ukrayna da belə bir halda Paris Olimpiadasını boykot edəcəyini açıqlayıb.
Lakin Olimpiya Komitəsi ötən gün bildirib ki, istənilən boykot yalnız “idmançıları cəzalandıracaq”.
Bortniczuk fevralın 10-da keçiriləcək iclasdan əvvəl Komitənin planları üzrə Böyük Britaniya, ABŞ və Kanada da daxil olmaqla 40 ölkədən ibarət koalisiya yaratmağın mümkün olacağına inandığını bildirib:
“Bunu nəzərə alaraq, Olimpiadadan əvvəl çətin qərarlarla qarşılaşacağımızı düşünmürəm və oyunları boykot etsək, bir hissəsi olacağımız koalisiya o qədər geniş olacaq ki, bu, oyunların keçirilməsini mənasız edəcək”- deyə bildirib.
Keçən həftə Komitə Rusiya və Belarus idmançılarının Parisdə neytral bayraq altında yarışmasına icazə vermək üçün “bir yol axtaracağını” açıqladı və dedi ki, “heç bir idmançının sadəcə pasportuna görə yarışmasına mane olmamalıdır”.
Mehin Mehmanqızı
Medianews.az