ABŞ kəşfiyyatının məlumatı Rusiyanı “müttəhimlər məhkəməsində otuzduracaq”.Modern.az saytı xəbər verir ki, Britaniyanın “The Times” qəzeti ABŞ kəşfiyyatının Ukraynanın Donetsk vilayətində Malayziyaya məxsus sərnişin təyyarəsini terrorçuların Rusiyadan ötürülən raket vasitəsilə vurulması faktını sübut edib. Qəzetin yazdığına görə, ABŞ kəşfiyyatının məruzəsində qeyd edilir ki, Rusiya prezidenti Vladimir Putin Donbasdan olan terrorçuların Rusiyada təlim keçmələrinə şəxsən icazə verib və onlara həmin təlimlərdə müxtəlif növ silahlardan, o cümlədən raketlərdən istifadə öyrədilib. “Məhz həmin təlimlər hesabına təyyarənin vurulması baş tutub”, – qəzet yazır.
Bundan əlavə, amerikalı kəşfiyyatçılar bəyan ediblər ki, Malayziya təyarəsinin vurulmasında istifadə olunan sistem 150 hərbi maşından ibarət karvanın daxilində olub və qəzadan bir neçə gün əvvəl gizli şəkildə Rusiya ərazisindən Ukraynaya gətirilib.
Modern.az