Yaşlı əhalinin ən çox olduğu ölkə Yaponiya uşaq sayıının artımını təşviq etmək üçün tədbirlər görüb. 2023-cü ilin oktyabr ayından etibarən paytaxt Tokioda ikinci uşaqlara qulluq xidmətləri pulsuz olacaq.
Medianews.az bildirir ki, Yaponiyada doğum nisbətinin ən aşağı olduğu şəhər olan Tokioda ikinci uşaq sahibi olan cütlükləri həvəsləndirmək üçün yeni bir tənzimləmə edilib.
Müvafiq olaraq, ikinci uşağa baxım xidmətləri 2023-cü ilin oktyabr ayında tamamilə pulsuz olacaq. Tətbiq ailələrin gəlir səviyyəsindən asılı olmayaraq 0-2 yaş qrupunu hədəfləyir.
Birinci mərhələdə 50 min uşağın əhatə olunması nəzərdə tutulur.