Medianews.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da sürətlə yayılan yeni bir koronavirus alt variantı narahatlıq doğurur. Xəstəxanaya yerləşdirmələr artdığından , Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) flaş açıqlamalar gəlib.
2019-cu ilin son aylarında həyatımıza daxil olan Koronavirus (Covid-19) bütün dünyada milyonlarla insanın həyatına son qoyub. Bir çox vərdişlərimizi geridə qoymağımıza səbəb olan virus, belə demək mümkünsə, qabığını dəyişməyə davam edir. Bir çox ölkələr daha yoluxucu, lakin daha az ölümcül olan Omicron variantından sonra istirahət etmək qərarına gəlsə də, dünya XBB.1.5 xəbəri ilə yenidən təşvişə düşüb.
Belə ki, Hindistanda ortaya çıxan variant ABŞ-da sürətlə yayılır. Ölkədə halların və xəstəxanaya yerləşdirilmələrin sayının artmasına səbəb olan variantla bağlı ÜST-dən gözlənilən açıqlama nəhayət gəldi. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, XBB.1.5 indiyə qədər “ən yoluxucu” Covid variantıdır. ÜST adından çıxış edən Dr. Maria Van Kerkhove çərşənbə günü mətbuat konfransında deyib;
“Biz xüsusilə Avropa və ABŞ-ın bəzi ölkələrində artım üstünlüklərindən narahatıq.
XBB.1.5-in simptomlarının əvvəlki Omicron alt tiplərinə oxşar olduğu düşünülür, lakin bunu təsdiqləmək hələ tezdir. Əksər insanlar soyuqdəyməyə bənzər simptomlar göstərirlər”.
London İmperial Kollecinin professoru Wendy Barclay deyir ki, peyvənd olunmuş əhalidən o qədər də narahat deyil. Lakin o, həssas insanlara, o cümlədən immuniteti zəif olanlara, Covid peyvəndlərindən daha az faydalananlara təsirindən narahatdır.
Mahon bildirib ki, sözügedən variantın sürətlə yayılmasına baxmayaraq, XBB.1.5-in əvvəlki ştamlarla müqayisədə daha ciddi xəstəliklərə səbəb olması və ya yoluxmuş şəxslər üçün daha böyük təhlükə yaratdığına dair çox az əlamət var.
Mehin Mehmanqızı
Medianews.az