Braziliyada qayıqdan yıxılaraq itkin düşən balıqçı iki gün sonra marker şamandırasında tapılıb.
Medianews.az xəbər verir ki, 43 yaşlı David Soaresin qayığı Atlantik Okeanında sürükləndikdən iki gün sonra balıqçılar tərəfindən xilas edilib.
Dekabrın 25- də Rio-de-Janeyronun şimalındakı Atafona sahilindən balıq tutmaq üçün yola düşən Soares qayığından yıxılıb və şamandıraya çatana qədər dörd saat üzüb.
Balıqçı xilas olduqdan sonra təəssüratlarını bölüşüb:
“İlk 10 dəqiqə ən çətin idi, çünki mən nə olursa olsun qayığa minmək istəyirdim”.
Qayığa qayıda bilməyəcəyini anlayan Soareş sürətini azaltmamaq və onu yormamaq üçün köynəyini və şalvarını çıxarıb: “Su çox dalğalı, hava çox küləkli idi. Kömək gəlməmişdən əvvəl soyuqdan öləcəyimi düşündüm”.
Dörd saatdan sonra Açu limanının yaxınlığındakı mayağa çatıb, onun üstünə çıxıb. Soares ailəsinin cəhdlərinin ardından başladılan axtarış işləri əsnasında bir balıqçı yoldaşı tərəfindən tapılıb.
Medianews.az